Sevgilisini bıçaqlayaraq öldürdü
    • 23-07-2024, 09:20
    • 171

Sevgilisini bıçaqlayaraq öldürdü

Kahramanmaraşda qadın mübahisə etdiyi sevgilisini bıçaqlayıb.

News24.az xəbər verir ki, K.B. (27) ilə sevgilisi Kamal Kuşçu (30) mübahisə edib. Mübahisə zamanı sevgilisi tərəfindən bıçaqlanan Kuşçu ağır yaralanıb.

Xəbər üzərinə hadisə yerinə sövq edilən sağlamlıq qrupları ağır yaralı Kuşçunun həyatını itirdiyini müəyyən edib.

Hadisədən sonra əraziyə polis qrupları sövq edilib. 

Hadisədən sonra K.B. polis qrupları tərəfindən saxlanılıb.

Günel Məlikzadə