Qadın müəllim həmkar sevgilisini öldürdü - FOTO
    • 10-07-2024, 11:05
    • 271

Qadın müəllim həmkar sevgilisini öldürdü - FOTO

Diyarbəkirdə qadın müəllim mübahisə zəminində həmkarını öldürərək polisə təslim olub.

News24.az xəbər verir ki, müəllim Zeynep A. (39) sevgilisi olduğu iddia edilən müəllim Osman Karaaslanı (41) evinə dəvət edib.

İkili arasında yaranan mübahisə zamanı Zeynep A. tapança ilə Osman Karaaslana atəş açıb.

Qeyd edək ki, hadisə yerinə sağlamlıq və polis qrupları göndərilib.

Müayinə zamanı Osman Karaaslanın həyatını itirdiyi müəyyən edilib.

Evdə gözləyən Zeynep A. hadisədə istifadə edilən silahla polis qrupları tərəfindən saxlanılıb.

Bildirək ki, iki uşaq anası olan Zeynep A. polis bölməsinə aparılarkən, hadisə ilə bağlı istintaq davam edir.

Günel Məlikzadə