-
- 29-05-2019, 11:51
- 755
Bakıda xarici vətəndaşı SOYDULAR
Səbail RPİ-nin 41-ci Polis Bölməsinə müraciət edən 2 xarici vətəndaş mayın 26-da Badamdar qəsəbəsində kirayədə yaşadıqları evdən onlara məxsus 2 ədəd mobil telefonun və 2000 ABŞ dollarının oğurlandığını bildirib.
DİN-in mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
Bakı Şəhər Baş Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Oğuz rayon sakini Ş.Əmirova qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.