Azərbaycanla sərhədə 150 metrlik hasar çəkildi
    • 23-07-2024, 10:27
    • 210

Azərbaycanla sərhədə 150 metrlik hasar çəkildi

Qazax-Tavuş sərhədinin Kirants kəndindən keçən hissəsində Ermənistan tərəfi sərhədə hasar hörülməsi işini tamamlayıb.

News24.az Axar.az-a istinadla xəbər verir ki, erməni mediası hasarın uzunluğunun 150 metr, hündürlüyünün 3 metr olduğunu yazıb.

Qeyd edilib ki, Azərbaycan sərhədçiləri artıq hasarın yaxınlığında postlar qurublar.