Polşa Belarusla sərhəddə elektrikli hasar çəkir
    • 21-03-2024, 12:08
    • 223

Polşa Belarusla sərhəddə elektrikli hasar çəkir


Polşa Belarusla sərhədini modernləşdirməyə başlayır.

News24.az axar.az-a istinadən bildirir ki, bu barədə Polşanın daxili işlər və administrasiya nazirinin müavini Çeslav Mroçek deyib.

"Görülən tədbirlərə baxmayaraq, miqrantların sərhəddən qeyri-qanuni keçidinin davam etməsi səbəbindən səddin yaxşılaşdırılması üçün işlərə başlamaq qərara alındı", - deyə o bildirib.

Nazir müavini qeyd edib ki, hökumət hasarın həm fiziki, həm də elektron komponentlərindəki çatışmazlıqları aradan qaldırmağı planlaşdırır:

"Hasar kifayət qədər etibarlı deyil və onun effektivliyini artırmaq üçün tədbirlər görülməlidir".

O, əlavə edib ki, iş geniş miqyasda aparılacaq və təklif olunan həllərin qiymətləndirilməsi elmi-texniki mərkəzlərin iştirakı ilə artıq həyata keçirilir.