Zehni idarə edən cihaz hazırlandı
    • Bu gün, 19:12
    • 66

Zehni idarə edən cihaz hazırlandı

Cənubi Koreyada uzaqdan idarə olunan yeni zehni idarə edə bilən cihaz hazırlanıb. 

News24.az "Unikal"-a istinadən xəbər verir ki, Koreya Əsas Elmlər İnstitutunun (IBS) tədqiqatçıları "maqnit sahələri" vasitəsilə beyni uzaqdan idarə edə bilən aparat hazırlayıblar. 

İlkin sınaqları laboratoriya siçanları üzərində aparılan texnologiyanın daha sonra beynin hansı hissələrinin hansı əhval-ruhiyyə və davranışlardan məsul olduğunu anlamaq üçün istifadə ediləcəyi gözlənilir. Texnologiya laboratoriyada dişi siçanlarda analıq instinktini təhrik etməklə sınaqdan keçirilib.

Həmçinin sübut edilmişdir ki, zehni idarə edən cihaz siçanları həm həddindən artıq yeməyə, həm də daha az yeməyə təşviq edə bilir.