Tər damcıları sağlamlığınızdan xəbər verəcək - ÇİP HAZIRLANDI
    • 24-06-2020, 13:38
    • 544

Tər damcıları sağlamlığınızdan xəbər verəcək - ÇİP HAZIRLANDI

Xiangtan Universitetindən olan çinli alimlər maraqlı mini cihaz hazırlayıblar.  

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən cihaz insan tərini analiz edərək onun sağlamlığı haqda məlumat verir. Alimlər bildiriblər ki, normal fizioloji hal olan tərləmə zamanı bir çox xəstəliklərin diaqnozu üçün yaxşı göstərici olan Ph və qlükoza kimi bir çox  biomarkerlərimiz yaranır.

ixtiraçılar cihazın həkimlər və idmançılar üçün faydalı olacağına əmindirlər, çünki həddindən artıq istiləşməni izləyə və ya fiziki fəaliyyət səviyyəsini tənzimləyə biləcəklər.