Köpək balıqlarında kokain aşkarlandı
    • 23-07-2024, 19:34
    • 205

Köpək balıqlarında kokain aşkarlandı

Braziliya sahillərində üzən 13 köpək balığında kokain aşkarlanıb.

News24.az Ednews-a istinadən xəbər verir ki, alimlər köpək balıqlarının okeanlara atılan kimyəvi tullantılardan təsirləndiyini sübut edib. Bu su canlıları dərman və digər kimyəvi maddələr istehsal olunan zavodların zəhərli tullantıları okeanlara tökməsindən zərər çəkir.

Qeyd edək ki, alimlər erkən yaşlarda bu maddələr məruz qalmış köpək balıqlarının fərqli davranış nümayiş etdirdiyini də bildirib. Onlar daha aqressiv və azömürlü olurlar.