Tramp: Demokratiya üçün güllələndim
    • 23-07-2024, 12:46
    • 150

Tramp: Demokratiya üçün güllələndim

ABŞ-ın keçmiş prezidenti Donald Tramp iyulun 13-dəki sui-qəsddən sonra Miçiqanda keçirilən mitinqdə çıxış edib. 

News24.az xəbər verir ki, Tramp vitse-prezidentliyə namizəd kimi elan etdiyi JD Vance ilə ilk mitinqində Pensilvaniyadakı sui-qəsd cəhdindən bəhs edib. Pensilvaniyadan fərqli olaraq, Miçiqanda mitinq qapalı zalda keçirilib. Bu həm də Trampın Respublikaçılar Partiyasının namizədi kimi rəsmən elan olunduqdan sonra keçirdiyi ilk mitinqidir.

Minlərlə insanın toplaşdığı bölgədə tərəfdarlarına danışan Tramp, "Onlar deyirlər ki, mən demokratiya üçün təhlükəyəm. Keçən həftə demokratiya üçün güllələndim".

Qeyd edək ki, Tramp üçün bölgəyə gələn tərəfdarlar BBC-yə verdikləri açıqlamalarda sui-qəsdin onların mitinqə gəlmələrinə mane olmayacağını bildiriblər. Onun tərəfdarlarından bəziləri ABŞ Məxfi Xidmətini Trampı müdafiə edə bilməməkdə günahlandırıb.

Günel Məlikzadə