Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısında
    • 16-07-2024, 22:00
    • 184

Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısında

Tramp Milwaukeedə Respublikaçılar Partiyasının Milli Konqresində iştirak edib.

News24.az xəbər verir ki, konqres iştirakçıları Trampı alqışlar və qışqırıqlarla qarşıladıqları halda, keçmiş prezident onları təbəssümlə qarşılayıb.

Konqresə qulağında sarğı ilə qatılan Trampı bu gün elan etdiyi vitse-prezidentliyə namizəd J.D.Vens müşayiət edib.

Bildirək ki, ABŞ-ın keçmiş prezidenti Tramp şənbə günü Pensilvaniya ştatında mitinqdə tribunadan tərəfdarlarına müraciət edərkən ona silahla hücum edilib. Hücumda mitinqə qatılan 1 nəfər ölüb, 2 nəfər yaralanıb.

Günel Məlikzadə