-
- 23-01-2024, 11:00
- 235
Bayden demokratiya üçün təhlükədir - Tramp
ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Baydeni demokratiya üçün təhlükə adlandırıb.
News24.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Co Bayden həqiqətən demokratiya üçün təhlükədir... o, bacarıqsızdır”,- deyə Tramp bildirib.
Bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Baydeni ABŞ tarixinin ən pis lideri adlandırmışdı.
Xatırladaq ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək.
Mehriban Mirzəzadə