Tarixin ƏN İSTİ GÜNÜ
    • Bu gün, 16:51
    • 86

Tarixin ƏN İSTİ GÜNÜ

İyulun 21-i dünya miqyasında tarixin ən isti günü kimi qeydə alınıb.

News24.az xəbər verir ki, bazar günü dünya üzrə səth havasının orta temperaturu 17,09 dərəcə Selsi olaraq ölçülüb.

Bu dəyər keçən ilin iyulunda qeydə alınmış 17,08 dərəcə Selsi rekordunu üstələyib.

Son bir həftə ərzində ABŞ, Avropa və Rusiyanın böyük hissəsi həddindən artıq isti dalğaları ilə yanıb.

Avropa Birliyinin Copernicus İqlim Dəyişikliyi Servisi "Reuters" agentliyinə təsdiqləyib ki, keçən il qeydə alınan orta gündəlik temperatur rekordu bu il iyulun 21-də qırılıb.

Qeyd edək ki, qalıq yanacaqların yandırılması nəticəsində yaranan iqlim dəyişikliyi Şimal yarımkürəsində həddindən artıq istilərə səbəb olub.

Məryəm İlhamqızı