Dünyada havanın temperaturu kritik dərəcədə YÜKSƏLDİ
    • 20-11-2023, 20:46
    • 134

Dünyada havanın temperaturu kritik dərəcədə YÜKSƏLDİ

Qlobal orta temperatur bir gün ərzində kritik istiləşmə həddini iki dərəcə keçib. Temperaturun artmasını Avropa Birliyinin Kopernik xidmətinin alimləri qeydə alıb.

News24.az Lent.az-a istinadla xəbər verir ki, bu barədə təşkilatın rəhbərinin müavini Samanta Burqess X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.

Analitiklərin fikrincə, mərhələ noyabrın 17-də qısa müddətə keçib. Əvvəlki dövrlə müqayisədə Yer kürəsində temperatur Selsi üzrə 2,06 dərəcə artıb. Bundan başqa, ötən həftənin cümə günü havanın temperaturu 1991-2020-ci illərin səviyyəsini orta hesabla 1,17 dərəcə keçib. Beləliklə, 17 noyabr tarixdə ən isti gün olub.

İqlim alimləri xəbərdarlıq edirlər ki, əvvəlki səviyyədən iki dərəcə yüksək davamlı istiləşmə planet və onun ekosistemləri üçün geri dönməz nəticələrə səbəb olacaq.

Orta qlobal temperaturun bir yarım dərəcə yüksəlməsindən qorunmaq 2015-ci il Paris iqlim sazişinin əsas məqamı olaraq qalır. Onun sözlərinə görə, noyabrın 17-də qeydə alınan temperatur rekordu müqavilənin şərtlərini pozmasa da, dünyanın bundan o qədər də uzaqda olmadığını nümayiş etdirib.

O, müsahibəsində qeyd edib ki, Kopernik məlumatları ilkdir və real müşahidələrlə təsdiqini tələb edir.