Bütün zamanların ən isti fevralı
    • 7-03-2024, 20:10
    • 414

Bütün zamanların ən isti fevralı

Avropa Birliyinin (Aİ) Kopernik peyk izləmə sistemi ilə aparılan ölçmələrə görə, keçən ay dünyada indiyə qədər qeydə alınan "ən isti fevral" olub.

News24.az xəbər verir ki, Kopernik tərəfindən edilən açıqlamaya görə, keçən ay dünya üzrə orta səth hava istiliyi 13,54 dərəcə Selsi olaraq ölçüldü.

Bu ölçü fevral ayı üçün 1991-2020-ci illərin orta göstəricisindən 0,81 dərəcə və 2016-cı ildə qeydə alınan əvvəlki ən isti fevraldan 0,12 dərəcə yüksək olmuşdur.

Belə ki, son 9 ay indiyə qədər qeydə alınan ən isti aylar olsa da, son 12 ayda (2023-cü ilin mart-2024-cü ilin fevral ayları) qlobal orta temperatur 1991-2020-ci illərin orta göstəricisindən 0,68 dərəcə yüksək olub.

Avropada builki qış 1991-2020-ci illərin orta göstəricisindən 1,44 dərəcə yüksək olub və 2019-2020-ci illərin qışından sonra rekordlar üzrə ikinci ən isti qış kimi qeydə alınıb.

Qeyd edək ki, Kopernik İqlim Dəyişikliyi Xidmətinin direktoru Karlo Buontempo, fevral ayının son aylarda qeydə alınan rekord temperaturlar arasında olduğunu ifadə edərək, qlobal istiləşmənin qarşısı alınmasa, dünyada rekord temperaturların yaşanmağa davam edəcəyi barədə xəbərdarlıq edib.

Günel Məlikzadə