Qırmızı kateqoriyalı terrorçu zərərsizləşdirildi
    • Dünən, 22:20
    • 56

Qırmızı kateqoriyalı terrorçu zərərsizləşdirildi

Şimali İraq və Suriyada terror əməliyyatları davam edir.

News24.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında "Pəncə" əməliyyatı bölgəsində aşkar edilən terrorçulara qarşı hava əməliyyatı keçirildiyini açıqlayıb.

Əməliyyatda 4 PKK terrorçusu zərərsizləşdirilib.

Qeyd edək ki, zərərsizləşdirilən terrorçular arasında terrora görə axtarışda olan qırmızı kateqoriyada olan "Sevkan Çele" kod adlı Yusuf Kalkanın da olduğu öyrənilib.

Kalkanın silahlı terror təşkilatına üzv olmaq, silahlı terror təşkilatı yaratmaq və ya ona rəhbərlik etmək kimi cinayətlərə görə də axtarışda olduğu müəyyən edilib.

Günel Məlikzadə