Rusiya: Türkiyə ilə Suriyanın münasibətlərini bərpa etmək istəyirik
    • Dünən, 22:30
    • 53

Rusiya: Türkiyə ilə Suriyanın münasibətlərini bərpa etmək istəyirik

Kreml bu gün verdiyi açıqlamada Suriya -Türkiyə münasibətlərini dəyərləndirib.

News24.az “Reuters”a istinadən xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskova Suriya prezidenti Bəşər Əsədin avqustda Moskvada prezident Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi ilə bağlı mətbuatda yayılan xəbərlərlə bağlı sual verilib.

Peskov cavabında bildirib ki, “Rusiya iki ölkənin münasibətlərini bərpa etməsini istərdi”.

Türkiyə diplomatik mənbələri iki liderin görüşəcəyi iddiasının həqiqəti əks etdirmədiyini bildirib.

Əsədi Rusiya prezidenti Vladimir Putinlə görüşə dəvət edə biləcəklərini deyən Ərdoğan, Suriya lideri ilə daha əvvəl ailə olaraq görüşdüklərini xatırladıb.

Qeyd edək ki, Bəşər Əsəd ötən həftə Türkiyə əsgərlərinin Suriya ərazisindən çıxarılması kimi əsas məsələlərə diqqət yetirsələr, Ərdoğanla görüşə biləcəyini deyib.

Günel Məlikzadə