İyul çağırışının yekunları müzakirə olundu
    • Bu gün, 17:19
    • 56

İyul çağırışının yekunları müzakirə olundu

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında müddətli həqiqi hərbi xidmətə iyul çağırışının yekunları ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2024-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti müzakirə olunub. 

Dövlət Xidməti tərəfindən 2024-cü ilin iyul çağırışının uğurla icra edilməsi və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi məqsədilə zəruri işlərin görüldüyü diqqətə çatdırılıb.

Qeyd edək ki, Mərkəzi Çağırış Komissiyasının tərkibinə daha 4 yeni dövlət qurumu (Dövlət Təhlükəsizliyi Xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Xarici İşlər Nazirliyi) əlavə olunmaqla, üzvlərin sayı 14-ə çatıb.

İclasın sonunda gündəlikdə olan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib.