-
- 23-07-2024, 17:57
- 263
İşçidən müdirə 1 milyon avroluq SOYĞUN!
Hadisə iyulun 4-də İstanbulun Fatih rayonunda baş verib.
News24.az xəbər verir ki, əmlak agentliyi və valyuta dəyişmə məntəqəsi işlədən B.B. işçisi Mehmet E.Ç-yə 1 milyon avro verib və onu dollara çevirmək üçün dostunun iş yerinə göndərib. Mehmet E.C. pulla Qalatada bir zərgərin yanına gedib və 900 min dollar, 150 min avro ilə yenidən oradan çıxıb. Amma pulu iş yerinə aparmayıb.
Bir müddət sonra B.B işçisinin dələduzluq etdiyini anlayıb. O, polisə məlumat verib. Asayiş Şöbə Müdirliyi Fırıldaqçılıq Büro Komandirliyi qrupları mövzuyla əlaqədar işə başlayıb. Kamera görüntülərində şübhəlinin taksiləri dəyişdirərək izini gizlətməyə çalışdığı müəyyən edilib. Araşdırmalar zamanı şübhəlinin Esenyurtdakı yaşayış ünvanlarında axtarış aparılıb. Fırıldaqçılıq Bürosu qrupları, şübhəlinin bir müddət əvvəl Ağrıya getdiyini müəyyən ediblər.
İşlərini davam etdirən Asayiş Şöbə Müdirliyi Fırıldaqçılıq Büro Komandirliyi qrupları, qaçan şübhəlinin Iğdırdan təyyarə ilə İstanbula gəldiyini təyin edərək şübhəlini İstanbul Hava Limanında saxlayıblar.
Şübhəli Mehmet E.C. Polis bölməsində aparılan əməliyyatlardan sonra məhkəmə tərəfindən həbs edilib.
Məryəm İlhamqızı