Başını baltanın altına tutsun ki, xalq artistinə toxunmaq olmaz? - Fazil Mustafa
    • 23-07-2024, 18:50
    • 309

Başını baltanın altına tutsun ki, xalq artistinə toxunmaq olmaz? - Fazil Mustafa

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyi Xalq artisti Ağadadaş Ağayevlə bağlı yayılan informasiya barədə məlumat yayıb. Belə ki, iyulun 22-də Bakı şəhər sakini N.Cəlilov ərizə ilə polisə müraciət edərək həmin gün saat 07 radələrində gözətçi işlədiyi özəl tibb müəssisələrin birində olan zaman paytaxt sakini Ağadadaş Ağayevin xuliqanlıq zəminində onu söyərək təhqir etdiyini, əlindəki balta ilə onu hədələdiyini bildirib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bununla bağlı Milli Məclisin VI çağırış deputatı olmuş Fazil Mustafa sosial media hesabında mövqeyini ifadə edib.

O qeyd edib ki, xəstəxana mühafizəçinin postudur və onu qorumalıdır.

“Mühaizəçinin atası-anası yoxdur? O Azərbaycan vətəndaşı deyil? Kim kimdən narazıdırsa balta tullamalıdır? Bu nə cür tərəfli yanaşma? Mühafizəçi yanlış hərəkət edibsə, hər halda xalq artistinin müraciətinə hüquq-mühafizə orqanları qətiyyən laqeyd yanaşmaz, məsələni ciddi araşdırardılar. Mühafizəçinin heç xəstəxanaya aidiyyəti olmur, müqavilə bağlayırlar, gəlib rəsmi qaydada obyekti qoruyur.

Xəstəxana onun postudur, bir sərxoş, qatil, ruhi xəstə posta yaxınlaşanda qoyub qaçmalıdır ki, gəlib həkimlərə, tibb bacılarına xəsarət yetirsinlər, xəstəxananı dağıtsınlar? Üstəlik baltanı birbaşa canlı insana tullayır, nə etsin bəs, zərərsizləşdirməsin? O mühafizəçi sizin övladınız, qardaşınız, qohumunuz, qonşunuzdur. Tövsiyəniz nədir, başını tutsun baltanın altına ki, xalq artistinə toxunmaq olmaz?”, - deyə millət vəkili əlavə edib.