Fitrə nə vaxt çıxarılmalıdır?
    • 29-05-2019, 14:24
    • 1 511

Fitrə nə vaxt çıxarılmalıdır?

Artıq Ramazan ayının bitməsinə sayılı günlər qalıb. 

Orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatı hər il  Ramazan ayının son günü çıxarılır.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Rəhimə Dadaşova News24.az-a bildirdi ki, fitr bayramı ayın üfüqi Azərbaycan ərazisində görünməsinə əsasən, iyunun 5-nə təsadüf edəcək:

"Orucluğun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə zəkatı Yaradana şükrün bir ifadəsi və canın sədəqəsi hesab olunur. Maddi baxımdan imkanı olan müsəlmanın, ailəsinin hər bir üzvü üçün, fitrə zəkatı çıxarıb imkansızlara və ehtiyac sahiblərinə verməsi vacibdir. Qazılar Şurası hazırkı şəraitə uyğun olaraq fitrə zəkatının adambaşına 5-10 manat dəyərində verilməsini məsləhət görür”. 


Afaq Mirayiq