Meta-ya 220 milyon dollar cərimə
    • Bu gün, 09:22
    • 71

Meta-ya 220 milyon dollar cərimə

Nigeriya Federal Rəqabət və İstehlakçının Müdafiəsi Komissiyasının (FCCPC) rəsmisi Adamu Abdullahi jurnalistlərə açıqlamasında Meta şirkətinə qarşı 3 ildir intensiv araşdırmaların aparıldığını bildirib.

News24.az xəbər verir ki, araşdırmaların Facebook və WhatsApp-ın ölkənin məlumatların qorunması və istehlakçı hüquqları qanunlarını "dəfələrlə pozduğunu" aşkar etdiyini qeyd edən Abdullahi, hökumətin bu səbəbdən Meta-nı 220 milyon dollar cərimə etdiyini bildirib.

Abdullahi, şirkətin digər ölkələrdəki istifadəçilərə də məlumatlarının paylaşılacağına qərar vermək üçün seçimlər təklif etdiyini, lakin Nigeriyalılara bunu demədiyini söyləyib.

Qeyd edək ki, Afrikanın ən sıx məskunlaşdığı ölkə olan Nigeriya, 2022-ci ildə Meta-nın ölkədə 154 milyon aktiv abunəçisi olduğunu açıqlayıb.

Günel Məlikzadə