Aİ Meta-nı ittiham etdi
    • 1-07-2024, 21:20
    • 135

Aİ Meta-nı ittiham etdi

Aİ Komissiyası ABŞ-da yerləşən Meta-ya “ödəniş və ya razılıq” reklam modelinin Rəqəmsal Bazarlar Aktı (DMA) ilə uyğunluğu ilə bağlı araşdırma çərçivəsində rəsmi ittihamları ehtiva edən bildiriş verildiyini açıqlayıb.

News24.az xəbər verir ki, bəyanatda bu müraciətin Birlik qaydalarında göstərilən şərtlərə cavab vermədiyi qeyd edilib:

"Komissiya ilkin hesab edir ki, Metanın "ödəniş və ya razılıq" reklam modelinin DMA-ya uyğun gəlmir".

Açıqlamada vurğulanıb ki, Meta modelində istifadəçilər öz şəxsi məlumatlarından daha az istifadə edən, lakin fərdiləşdirilmiş reklamları ehtiva edən xidmətə ekvivalenti seçə bilməzlər.

Bildirilib ki, model istifadəçilərə şəxsi məlumatlarının birləşməsinə sərbəst şəkildə razılıq vermək hüquqlarını həyata keçirməyə imkan vermir. Aİ qaydalarına uyğun olaraq razılıq verməyən istifadəçilər öz şəxsi məlumatlarından daha az istifadə edən ekvivalent xidmətə daxil olmalıdırlar.

Qeyd edək ki, noyabr ayında Meta Avropadakı istifadəçilərə Facebook və Instagram-a reklamsız girişi təmin etmək üçün aylıq abunə seçimi təklif etməyə başlayıb.

Meta-nın ödənişli abunə variantı Avropadakı istehlak birlikləri tərəfindən şikayət edilib.

Aİ texnologiya qaydalarına əsasən, böyük şirkətlər və Meta kimi rəqəmsal platformalar daha sərt müddəalara tabedir.

Aİ rəqəmsal qanunlarını pozan şirkətlərə qlobal dövriyyəsinin 10 faizinə qədər cərimə tətbiq edə bilər.

Günel Məlikzdə