-
- 24-07-2024, 13:15
- 221
Hindistandan ən çox silah sifariş edən ölkə - Ermənistan
2024-2025-ci illərdə Hindistandan ən çox silah sifariş edən ölkə Ermənistan olub.
Hindistan Aerokosmik Müdafiə Xəbərlərinin X səhifəsində dərc olunan və Hindistan Müdafiə Nazirliyinə əsaslanan xəbərə görə, Ermənistan 2024-2025-ci illər üçün 600 milyon dollarlıq silah sifarişi verərək Hindistanın bir nömrəli silah idxalçısı olub.
News24.az xəbər verir ki, mayın 15-də İrəvanda keçirilən görüşdə Ermənistan və Hindistan müdafiə nazirlikləri arasında 2024-2025-ci illər üzrə Əməkdaşlıq Planı imzalanıb.
Yerevan administrasiyası 2022-ci ilin sentyabr ayından Hindistandan çoxlüləli reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə raketlər, mobil radar sistemləri və yedəkli artilleriya sistemləri (ATAGS) sifariş edib. 6 ədəd 155 millimetrlik yedəkli haubitsaların ilk partiyası 2023-cü ilin avqustunda çatdırılıb.
Qeyd edək ki, Yerevan həmçinin Hindistanın Zen Anti-Drone System (ZADS) şirkətinin PUA-larına qarşı müdafiə sistemləri və Hindistanın Kalyani Strategic Systems tərəfindən hazırlanmış taktiki təkərli avtomobilə quraşdırılmış 155 millimetr/39 MArG haubitsa sistemi sifariş edib.
Günel Məlikzadə