Dərinizə yay qulluğu edin
    • 24-07-2024, 21:08
    • 442

Dərinizə yay qulluğu edin

Yay isti havası, sərin suları və əyləncəli çimərlikləri ilə bizə gözəl xatirələr buraxır. Amma eyni zamanda da dərimizə bir çox zərər verir.

News24.az axşam.az-a istinadən bildirir ki, buna görə dəri mütləq xüsusi qulluq tələb edir. Yay aylarının dəri üzərindəki ən böyük təsirinin nəm itkisi və günəş ləkələri olduğunu ifadə edən mütəxəssislər bu vəziyyəti geri qaytarmaq üçün edilməsi lazım olanları açıqlayıblar. 

İlin ən gözəl vaxtını yayda yaşayırıq. Tətilə gedirik, günəşin və çimərliklərin dadını çıxarırıq. Enerjimizi isti qumlardan, sərin sulardan alırıq və təravətlənirik. Yayın isti günləri və parlaq günəş dərinizdə nəm itkisinə və ləkələrin əmələ gəlməsinə səbəb ola bilər. Bu dövrdə dəriyə xüsusi diqqət yetirmək, onun nəmliyini artırmaq və qidalanmanı təmin etmək lazımdır. 

Dərimizin yayda daha çox qurumasının səbəbi isti hava, tərləmə və dəniz suyudur.Bu, təbii nəm tarazlığını pozur. Bundan əlavə, kondisionerli mühitlərdə uzun müddət qalmaq dərinin nəmini itirməsinə səbəb ola bilər. Quru dəri daha həssas olur, günəş ləkələrinin əmələ gəlməsini sürətləndirir. 

İlk əvvəl kosmetoloqunuza müraciət edin. Müxtəliv vitaminlər vurdurun. Eyni zamanda evdə maskalar edin. Xiyar qabığını üzünüzə hər gün sürtün. 

Gül suyunu adi suya töküb, soyuducuda buzlar hazırlayın. Səhər və axşam həmin buzlarla üzünüzü masaj edin.

Küçəyə çıxarkən mütləq SPF 50 istifadə edin. Ondan əvvəl isə üzünüzə nəmləndirici çəkin. Ondan 15 dəqiqə sonra küçəyə çıxın. 

Gün ərzində bol su için. 

Üzünüzə bal və avokado qarışığından hazırlanan maska çəkin.