-
- 4-06-2024, 22:30
- 348
Dərinizi yaya hazırlayın
Yaxınlaşan yayın və artan temperaturu hiss edərək dəriniz həyəcan təbili çalmağa başlayıb. Mövsümi şərtləri nəzərə alaraq dərinizi bolca nəmləndirməlisiniz. Yayda günəş şüalarının daha dik gəldiyi və quruluğun artdığı vaxtlarda, xüsusən də kənd yerlərində nəmləndirici kreminizi gündə 2-3 dəfə çəkin və dərinin nəmini saxlamaq üçün bol su içməyi unutmayın.
News24.az xəbər verir ki, yayda günəşdən qorunmanın bir nömrəli həlli şübhəsiz ki, günəş kremidir. Dərinizi UVA və UVB kimi zərərli şüalardan qorumaq üçün dərinizə müəyyən aralıqlarla günəşdən qoruyucu sürtün.
İsti hava və günəş şüaları gün ərzində davamlı tərləmənizə və dərinin yağ təbəqəsinin, sebumların dərinin səthinə çıxmasına səbəb olacaq. Dərinizdəki kirdən və yağdan xilas olmaq üçün gündəlik dəriyə qulluq rutininizi qaçırmayın. Bu rutinin ən vacib mərhələsi təmizlikdir. Dərinizi misel suları və ya təmizləyici gellərlə təmizləyin.
Yayda normal istifadə etdiyinizdən daha yüngül və minimal kosmetik məhsullara üstünlük verin. Suya davamlı tuş, nazik tonal krem və nəm bitmiş dodaq boyaları çox dəbli və təravətli görünüş əldə etməyə kömək edəcək.
Qaralmanı nə qədər sevsəniz də, günəşin zərərli təsiri zamanla dəri baryerinin zədələnməsinə və yaşlanma əlamətlərinə səbəb olur. Həm günəşdən qorunmaq, həm də qaralmaq mümkün olduğunu desək necə olar? Dəriyə saxta qaralıq verən spreylər və ya toz şəklində bronzlaşdırıcı tozlar dərinizə heç bir zərər vermədən parlaq qaraşın rəngə sahib olmağa imkan verəcək.
Günel Məlikzadə