-
- 30-05-2024, 12:46
- 354
Səyahət zamanı bunlara diqqət yetirin!
Səyahət zamanı dəriyə qulluq vasitələrinin qablaşdırılması hamımızın sevdiyi bir işdir. Ancaq səyahət edərkən belə dərimizin qayğıya ehtiyacı olduğunu görməməzliyə vururuq. Budur, fərqinə varmadan etdiyiniz dəriyə qulluq səhvləri.
News24.az həmin səhvləri təqdim edir:
Səyahət zamanı nəmli qalmaq dərinizdə həqiqətən zərər verə bilər.
Təyyarəyə, avtobusa, qatara minməzdən əvvəl gözləyin, dayanacaq və s. zamanı bol su içdiyinizə əmin olun.
İsti və ya soyuq bir yerə səyahət edirsiniz ? Səyahət dəriyə qulluq rutininizi müvafiq olaraq dəyişdirin.
İsti və nəmli ərazilər üçün yumşaq nəmləndiricilərə və su əsaslı təmizləyicilərə etibar edin.
Soyuq yerlər üçün yüksək nəmləndirici, yağ əsaslı məhsullar seçin. Səyahət yorucu ola bilər və yorğun olduğunuz zaman birbaşa göz ətrafınıza əks olunur. Nəticə olaraq, bu, sizə şişlik, qara dairələr və göz altındakı torbalar kimi əks oluna bilər.
Əllərə, dodaqlara və ayaqlara məhəl qoymursunuz. Təmizləyicilər və nəmləndiricilər vacib olsa da, əl kremləri, ayaq kremləri və dodaq kremləri nəyin bahasına olursa olsun göz ardı edilə bilməyən bir şeydir.
Temperaturun dəyişməsi əllərinizin və ayaqlarınızın qurumasına səbəb ola bilər. Və hava nə olursa olsun , dodaqlarınızın zərif dərisi zədələnəcək.
Təyinat yeri nə qədər isti və ya soyuq olursa olsun, UVA və UVB şüaları dərinizə təsir edəcək və zərər verəcək.
Bu zərərli şüaların gücünü görməzdən gəlməyin və yanınıza mütləq günəş kremi aparın.
Mehriban Mirzəzadə