Kosmonavtdan yadplanetlilər barədə MƏSLƏHƏT
    • Bu gün, 15:57
    • 56

Kosmonavtdan yadplanetlilər barədə MƏSLƏHƏT

Rusiya Qəhrəmanı və kosmonavt olan  Oleq Artemyev yadplanetlilərlə qarşılaşarkən ilk növbədə nə etmək lazım olduğunu izah edib. 

News24.az xəbər verir ki, o, gəmidəki həyatdan danışdığı və sualları cavablandırdığı "Yeni Media Festivalı"ndakı müsahibəsində bu barədə qeyd edib.

Artemyev zarafatla belə deyib: "Hər kəsin smartfonu var, ona görə də ilk iş, əlbəttə ki, dərhal selfi çəkməkdir".

Onun sözlərinə görə, növbəti addım ətrafda baş verən hər şeyi lentə almağa başlamaq olmalıdır.

Məryəm İlhamqızı