“Vəziyyətin həlli üçün nə etmək lazım olduğunu bilirik” - Rusiya XİN
    • 19-09-2023, 15:06
    • 271

“Vəziyyətin həlli üçün nə etmək lazım olduğunu bilirik” - Rusiya XİN

“Vəziyyəti həll etmək üçün nə etmək lazım olduğunu bilirik”. 

News24.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinqdə Ermənistanın baş nazirinin Rusiya sülhməramlı kontingentinin Qarabağda tapşırığın öhdəsindən gəlməməsi barədə bəyanatını XİN-in necə dəyərləndirməsi ilə bağlı sualı cavablandırarkən bildirib.

O izah edib ki, razılaşdırılmış hər şeyi yerinə yetirmək, vəziyyəti təhrik etməmək və həll etmək üçün çalışmaq, üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi baxımından məsuliyyətli olmaq lazımdır.

Zaxarovanın sözlərinə görə, Rusiya tərəfində vasitəçi qismində danışıqlar prosesində iştirak edən hər kəs bundan danışır. “Biz İrəvandan fərqli bəyanatlar gördük. Məsələn: Ermənistanın eyni baş naziri 2020-ci il oktyabrın 7-də bəyan etdi: “Qarabağ Azərbaycanın tərkibində ola bilməz və heç vaxt olmayacaq. Daha sonra isə başqa bir şey dedi”.

Akqabay