Baytarı DÖYDÜLƏR - 3 NƏFƏR SAXLANILDI
    • Bu gün, 16:20
    • 55

Baytarı DÖYDÜLƏR - 3 NƏFƏR SAXLANILDI

Hadisə iyulun 21-də günorta saatlarında Kocaelinin Emek rayonu, Veysel Karani küçəsində yerləşən baytarlıq klinikasında baş verib. Klinikaya gələrək heyvan yeməyi alan müştəri Can Sönməz xırda pul olmadığı üçün ödənişin 45 lirəsini IBAN vasitəsilə ödəmək istəyib.

News24.az xəbər verir ki, Baytar Ali Özen ödəniş qəbzini görmək istəyəndə mübahisə düşüb. Can Sönməz qışqıra-qışqıra mağazadan çıxıb və təxminən 1 saat sonra Tolgahan Şahin və Ahmet Sönməzlə birlikdə geri dönüb. Şübhəlilər Özenə dükandan çıxmaq üçün qışqırıblar. Özen çölə çıxmayanda şübhəlilər hücum edərək onu vurublar və o anlar kameralara düşüb.

İyulun 22-də polis tərəfindən saxlanılan Can Sönməz, Tolgahan Şahin və Ahmet Sönməz polis bölməsində ifadələri alındıqdan sonra prokurorluğun göstərişi ilə sərbəst buraxılıblar. 

Qərara etiraz edilərək dünən axşam saatlarında yenidən nəzarətə alınan 3 şübhəli bu gün məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib.

Məryəm İlhamqızı