Ebru Gündeş boşanır - FOTO
    • 25-07-2024, 10:46
    • 314

Ebru Gündeş boşanır - FOTO

Türkiyəli müğənni Ebru Gündeşin boşanacağı iddia olunub.

News24.az Bakupost.az-a istinadla bildirir ki, Ebru Gündeş fevral ayında 4-cü dəfə ailə həyatı qurub. Özündən 12 yaş kiçik iş adamı Murat Özdemirlə ailə quran Gündeşin xoşbəxtliyinin qısa sürdüyü iddia edilib.

Müğənninin boşanma qərarı aldığını xəbərləri yayılıb.

Murat Özdemirin sıx konsert proqramı olan Ebru Gündeşin heç bir səhnəsinə getməməsi və ikisinin heç vaxt yan-yana görünməməsi boşanma iddiasını gücləndirib.

Gündeşdən evliliyi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.