50 aviareys ləğv edildi - SƏBƏB
    • 25-07-2024, 11:56
    • 174

50 aviareys ləğv edildi - SƏBƏB

İqlim fəallarının aksiyası səbəbindən Frankfurt hava limanında hava hərəkəti müvəqqəti olaraq dayandırılıb, lakin polisin fəallara müdaxiləsindən sonra gecikmə ilə yenidən başlayıb.

News24.az xəbər verir ki, hava limanının sözçüsü aksiya ilə əlaqədar 50 reysin ləğv edildiyini açıqlayıb.

Letzte Nəsil (Son Nəsil) qrupunun X hesabında edilən yazıda "Neft, qaz və kömür çıxarmağa və istifadə etməyə davam etmək təhlükədir. 2030-cu ilə qədər qalıq yanacaqlardan istifadəni dayandırın". 

Polis bildirib ki, 8 fəal saxlanılaraq şəxsiyyəti müəyyən edildikdən sonra onlara qarşı hava hərəkətinə təhlükəli müdaxilə və icazəsiz girişə görə cinayət işi qaldırılıb.

Qeyd edək ki, iqlim fəalları iyulun 24-də Köln-Bonn hava limanında hava nəqliyyatını təxminən 3 saat iflic edib.

İki gündür davam edən etiraz aksiyalarına görə polisin bütün hava limanlarında təhlükəsizliyi artırmağa qərar verdiyi öyrənilib.

Günel Məlikzadə