1 milyonluq qızılı restoranda unutdu..
    • 25-07-2024, 12:19
    • 274

1 milyonluq qızılı restoranda unutdu..

Türkiyədə 4 nəfərlik ailə özləri ilə gətirdikləri uşaq çantasını restoranda unudublar.

News24.az xəbər verir ki,restoranda ofisiant işləyən universitet tələbəsi Yusuf Eren (21) stolun yanında ailənin unudulmuş çantasını görüb. Eren və iş yoldaşlarının birlikdə açdıqları çantadan külli miqdarda qızıl tapılıb.

Beləliklə, iş yerinin sahibi polisə zəng edərək xəbər verib. Ailə restorana gələrək unudulmuş 1 milyon 200 min TL dəyərində qızıl çantanı polisin müşayiəti ilə alıblar.

“Biz də çox təəccübləndik”

Qızılları görəndə çox təəccübləndiklərini ifadə edən Yusuf Eren, “Səhər saat 08.00-09.00 radələri idi. 4 nəfərlik ailə gəlib şorba içdilər. Onlar uzaq yoldan gəldiyi üçün bizim yerdə nahar etdilər. Yeməklərini yeyib getdilər, amma çantalarını unutdular. Gələcəklərini ümid edərək bir müddət çantanı yoxlamadıq. Sonra açanda içərisində oyuncaqlar və qara kisə gördük. Çantadan qızıl çıxdı. Bunlar 1 milyon 200 min TL dəyərində idi. Biz də həqiqətən təəccübləndik. Rəisimizə zəng etdik, o, polisə xəbər verdi.  Polisə müraciət etdiyimizdən heç bir tərəf zərər çəkmədi. Ailə mənə çox təşəkkür etdi" deyib.

Günel Məlikzadə