İçində yarım milyonluq qızıl olan çanta belə oğurlanıb – ANBAAN KAMERAYA DÜŞDÜ
    • 13-01-2022, 16:43
    • 547

İçində yarım milyonluq qızıl olan çanta belə oğurlanıb – ANBAAN KAMERAYA DÜŞDÜ

Türkiyənin ən böyük şəhəri olan İstanbulun Sultanqazi adlanan hissəsində qızıl-zinət əşyalarının satıldığı mağazadan içərisi qızılla dolu çantanın oğurlanması hadisəsi təhlükəsizlik kameralarına düşüb.

News24.az
-ın məlumatına görə, qızıl alveri ilə məşğul olan Ümit Salihoğlu şəxs mağazaya daxil olub və üst geyimi ilə içində 500 min lirə dəyərində qızıllar olan çantasını yaxınlığındakı oturacağın üstünə qoyub. Bu zaman mağazaya daxil olan şəxs Ümit Salihoğlunun başının qarışıq olmasından istifadə edərək çantanı götürərək uzaqlaşıb. 

Çantanın oğurlanmasından sonra polisə müraciət edilib və görüntülər təqdim edilib. Oğurluq etmiş şəxsin tutulması üçün iş aparılır.