Britaniya kral ailəsinin sərvəti kəskin şəkildə ARTIB
    • 25-07-2024, 20:48
    • 253

Britaniya kral ailəsinin sərvəti kəskin şəkildə ARTIB

Son zamanlar xəstəliklərlə mübarizə aparan Britaniya kral ailəsinin gəlirləri külək enerjisi üçün kirayə verdikləri mülklərin təsiri ilə son vaxtlar sürətlə artmaqdadır.

News24.az Ednews-a istinadən xəbər verir ki, Britaniya kral ailəsinin sərvətinin son vaxtlar partladığı məlum olub.

Kral ailəsinin əmlaklarını və şirkətlərini idarə edən "Crown Estate"-dən əldə olunan gəlir, son illik hesabata görə, bir il ərzində iki dəfədən çox artaraq 442 min funt sterlinqdən 1,1 milyard funt-sterlinqə yüksəlib. Mənfəətin artmasında külək enerjisi üçün icarəyə verilən əmlaklarla bağlı müqavilələrin mühüm rol oynadığı bildirilib.

Ailənin mülklərinə görə Britaniya hökumətindən aldığı payın iki il ərzində 132 milyon funt-sterlinqə yüksələcəyi də qeyd edilib. Bundan əlavə, Covid-19 pandemiyası azaldıqca, Bukingem Sarayını və digər kral mülklərini ziyarət edən turistlərin sayında sürətli artım da kral gəlirlərinin artmasında təsirli oldu.

Kral III Çarlz daha əvvəl yeni müqavilələrdən əldə edilən gəlirin ictimai rifah üçün istifadə olunacağını və hökumətdən alınan pulun miqdarını azaldacağını bildirmişdi.