En-Nesyri: Kuboklar qazanmağa gəlmişəm
    • 25-07-2024, 15:09
    • 237

En-Nesyri: Kuboklar qazanmağa gəlmişəm

"Fənərbaxça" 5 illik müqavilə imzaladığı Youssef En-Nesyri üçün imza mərasimi keçirib.

News24.az xəbər verir ki, imza mərasimində "Fənərbaxça"nın vitse-prezidenti Acun Ilıcalı və idman direktoru Mario Branko iştirak edib.

Youssef En-Nesyri-nin açıqlamaları belədir:

"Fənərbaxça-da olduğum üçün çox xoşbəxtəm. "Fənərbaxça" böyük komandadır və uzun müddətdir tanıdığım və izlədiyim komandadır. Mənə güvəndikləri üçün Mario Brankoya və Ali Koça,  Joze Mourinyoya, menecerimə və ailəmə təşəkkür etmək istəyirəm.

Transfer prosesi daha uzun çəkdi. Mənimlə maraqlanan bir çox komanda var idi, amma “Fənərbaxça”ya gəlməyim vacib idi. Verdiyim qərardan razıyam. Gəlməzdən əvvəl Ali Koç, Joze Mourinyo və Mario Branko ilə danışdım. 

İki il əvvəl “Fənərbaxça” ilə oynamışam. İki ildir ki, “Fənərbaxça”nı izləyirəm. Azarkeşlərin dəstəyindən çox zövq aldım. Burada çox gözəl ab-hava var idi və mən bunu çox bəyəndim. Ümid edirəm ki, mənə göstərdikləri sevginin qarşılığını verə bilərəm.

Rəqibin hücumçularına baxmıram, sadəcə özümə fikir verirəm. Mən nə edə biləcəyimi çox yaxşı bilirəm. Mən bura kuboklar qazanmaq üçün gəlmişəm; Mənim üçün şəxsi məqsədlərim yox, kuboklar qazanmaq vacibdir".

Günel Məlikzadə