En-Nesyri "Fənərbaxça"da
    • 25-07-2024, 14:50
    • 225

En-Nesyri "Fənərbaxça"da

Fənərbaxça, Yusuf En-Nessirinin transferi üçün Sevilla və futbolçu ilə razılaşdığını açıqlayıb.

News24.az xəbər verir ki, sarı-göylü komandadan verilən açıqlamada "Sevilya"ya 19 milyon 500 min avroluq transfer haqqı ödəniləcəyi bildirilib.

Bildirilib ki, bu ödəniş 4 il ərzində 8 hissəyə bölünəcək.

"Fənərbaxça" 2000-ci ildə "Qalatasaray"ın 17 milyon avroya Mario Jardeli ötərək Super Liqa tarixinin ən bahalı transferini reallaşdırıb.

"Fənərbağça"nın açıqlaması belədi:

“Klubumuz transfer üçün Youssef En-Nesyri və onun klubu Sevilla FC, S.A.D. ilə razılığa gəlib.

Mərakeşli hücumçu onu 5 il müddətinə sarı-tünd göy rənglərə bağlayan müqavilə imzalayıb. Youssef En-Nesyriyə 'Dünyanın Ən Böyük İdman Klubu olan Fənərbaxçaya xoş gəlmisiniz' deyirik və gerbimizin işığında ona çoxlu çempionluqlar arzulayırıq".


Günel Məlikzadə