Sevilladan En-Nesyri ilə bağlı açıqlama
    • Bu gün, 14:12
    • 68

Sevilladan En-Nesyri ilə bağlı açıqlama

"Fənərbaxça" İspaniya La Liqa komandalarından "Sevilya"da çıxış edən Youssef En-Nesyri üçün transfer çalışmalarını davam etdirir.

News24.az xəbər verir ki, transfer prosesi davam edərkən, ispan komandasında mərakeşli hücumçu üçün bir inkişaf yaşanıb. Sarı-göylülərin yaxın vaxtlarda transferini açıqlamağı planlaşdırdığı Yusuf En-Nesyri "Sevilya"nın bugünkü məşqində iştirak etməyib.

İspaniya klubundan verilən açıqlamada komandadan getməyə hazırlaşan mərakeşli hücumçunun transfer prosesini başa çatdırmaq üçün məzuniyyətə çıxdığı və məşqdə olmadığı bildirilib.

Qeyd edək ki, 2019/20 mövsümünün yarı transfer dövründə “Leqanes”dən ayrılaraq “Sevilya”ya imza atan Youssef En-Nesyri qırmızı-ağ komanda ilə 196 matçda 73 qol vurub, 7 məhsuldar ötürmə edib.

Günel Məlikzadə