“Fənərbaxça” En-Nesyridən xəbər gözləyir
    • 18-07-2024, 16:55
    • 279

“Fənərbaxça” En-Nesyridən xəbər gözləyir

"Fənərbaxça" Youssef En-Nesyri'nin transfer qiyməti ilə bağlı Sevilla ilə böyük ölçüdə razılığa gəlib.

News24.az xəbər verir ki, Mərakeşli hücumçu üçün ödəniləcək məbləğ bonuslarla birlikdə 20 milyon avronu keçir.

En-Nesyri ilə 4 illik müqavilə imzalamaq istəyən "Fənərbaxça" futbolçuya təklif edib və gözləyib.

En-Nesyridən xəbər gözləyən digər klub isə “Roma”dır. Hazırda sarı-göylü komandanın təklif etdiyi şərtlər A Seriya komandasının təklifindən daha yüksəkdir.

Transferə qısa zamanda aydınlıq gələcəyi gözlənilir.

"Sevilya" ilə iki dəfə Avropa Liqası çempionu olan En-Nesyri ötən mövsüm 41 matçda 20 qol vurub, 3 məhsuldar ötürmə edib.

Günel Məlikzadə