Xidməti otağında vəfat edən rəisin ölüm səbəbi BİLİNDİ
    • 25-07-2024, 15:31
    • 304

Xidməti otağında vəfat edən rəisin ölüm səbəbi BİLİNDİ

Kürdəmir rayonunun icra və probasiya şöbəsinin rəisi Arif Yəhyazadə ölüb.

News24.az modern.az-a istinadla biildirir ki, o, xidməti otağında dünyasını dəyişib.

Məlumatı saytımızın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən təsdiqləyiblər. Qurumdan bildirilib ki, 1977-ci il təvəllüdlü Arif Yəhyazadənin ürəktutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.