Dəniz suyunun temperaturunda rekord artım...
    • Dünən, 23:34
    • 57

Dəniz suyunun temperaturunda rekord artım...

Qlobal iqlim dəyişikliyi səbəbindən temperaturun yüksəlməsi dəniz suyunun temperaturunda da rekord artıma səbəb olub.

News24.az Oxu.az-a istinadən xəbər verir ki, dəniz suyunun temperaturunun artması ekosistemə ciddi ziyan vuracaq.

Qeyd olunur ki, Aralıq dənizi sahillərində suyun temperatur göstəriciləri 33 dərəcəyə, Qara dəniz sahillərində isə 27-28 dərəcəyə çatıb və bu, mütəxəssisləri ciddi narahat edir.

Son məlumatlara görə, Adana Karataş, Hatay İskenderun, Mersin, Antalya, Kemer, Fethiye, İzmir və Yalova sahillərində dəniz suyunun temperaturu 30 dərəcəyə çatıb. Boğaziçi ilə yanaşı, Cide, Bartın, Ünye və Giresun sahillərində dəniz suyunun temperaturunun 28 dərəcəyə çatması invaziv canlıların (yeni yerləşdiyi ətraf mühitə zərər verən bitki və heyvanlar, məsələn, bakteriyalar) artmasına yol açıb. Həmçinin, dənizlərdə oksigen səviyyəsinin yarıya qədər azalacağına dair xəbərdarlıq edilib.

Bildirilir ki, dəniz suyunun temperaturu ilə əlaqədar buxarlanma daha yüksək olacağından ani və güclü yağışların, tufanların sayında ciddi artım müşahidə olunacaq. Qara dənizə köç başlayacaq. Burada ekosistemin pisləşməsi kütləvi balıq ölümləri ilə nəticələnəcək.