Temperaturu 48 dərəcəyə çatdı
    • 7-06-2024, 23:20
    • 570

Temperaturu 48 dərəcəyə çatdı

Turizmin göz bəbəyi olan Bodrumda gün 44 dərəcəyə çatan temperaturla başlayıb.

News24.az xəbər verir ki, 48 dərəcə istilik olan Bodrumda nəfəs almaqda belə çətinlik çəkən vətəndaşlar dənizdə çimərək sərinləməyə çalışıblar.

Rütubətin 40 faizə çatdığı, dəniz suyunun temperaturunun isə 23 dərəcə ölçülən, az qala səhra temperaturuna çatdığı rayonda vətəndaşlar kölgədə oturmağa üstünlük verib.

Qarşıdakı günlərdə istilərin daha da artacağı öyrənilib.

Günel Məlikzadə