Çin XİN: Ukrayna Rusiya ilə danışıqlara hazırdır
    • 24-07-2024, 13:36
    • 256

Çin XİN: Ukrayna Rusiya ilə danışıqlara hazırdır

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Çində Vanq Yi ilə danışıqlar aparıb. 

News24.az xəbər verir ki, onlar birlikdə Şərqi Avropadakı böhranın sülh yolu ilə həlli variantlarını müzakirə ediblər.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninqin sözlərinə görə, Kiyev rejiminin diplomatı ölkənin Rusiya nümayəndələri ilə danışıqlara hazır olduğunu bəyan edib.

“Ukrayna tərəfi Rusiya tərəfi ilə dialoq aparmağa hazırdır, eyni zamanda, danışıqlar ədalətli və davamlı sülhə nail olmaq məqsədi daşımalıdır”.

Qeyd edək ki, Kuleba özü Pekinə fəal və konstruktiv mövqeyinə və sülhün təşviqindəki roluna görə təşəkkür edib. Nazirin qeyd etdiyi kimi, Kiyev Çin tərəfinin fikrinə böyük əhəmiyyət verir.

Məryəm İlhamqızı