Pirallahıda yanğın oldu, bir nəfər boğularaq öldü
    • 30-05-2019, 10:35
    • 1 117

Pirallahıda yanğın oldu, bir nəfər boğularaq öldü

Bakı şəhərinin Pirallahı rayonunda baş vermiş yanğın zamanı bir nəfər tüstüdən boğularaq ölüb. FHN-dən News24.az-a verilən məlumata görə, ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı mansarda tipli evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə və mansardası 10 m² sahədə yanıb.

Yanğının kəşfiyatı zamanı tüstüdən boğulmuş 1951-ci il təvəllüdlü Şargin Sergey İvanoviçin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Evin qalan hissəsi və digər ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 

Hadisə ilə əlaqədar müvafiq  qurumlar tərəfindən təhqiqat aparılır.