Narkokartelin qurucusu həbs edildi
    • Bu gün, 09:18
    • 102

Narkokartelin qurucusu həbs edildi

ABŞ Ədliyyə Nazirliyi Meksika narkokartelinin banisi “El Mayo” ləqəbli İsmael Zambada Qarsiya və təşkilatın digər qurucusu “El Çapo” kimi tanınan Xoakin Quzmanın oğlu Xoakin Quzman Lopesin Texasda həbs olduğunu açıqlayıb. 

News24.az xəbər verir ki, mövzu ilə bağlı verdiyi yazılı açıqlamada ABŞ-ın ədliyyə naziri Merrik Qarland, ABŞ-da fentanil istehlakının ən əhəmiyyətli səbəbi olaraq göstərilən Sinaloa kartelinə böyük zərbə vurduqlarını ifadə edib.

Onların Texas ştatının El Paso şəhərində həbs edilib və yaxın günlərdə hakim qarşısına çıxacaqlarını bildirib.

Qeyd edək ki, ABŞ-da ən çox axtarışda olan narkotik tacirlərindən biri olan Sinaloa kartelinin aparıcı liderlərindən biri, 28 yaşlı Ovidio Quzman 2023-cü ilin fevralında Meksikanın şimalında yerləşən Kuliakan şəhərində keçirilən əməliyyat nəticəsində saxlanılıb və ABŞ-a ekstradisiya edilib.

“El Çapo” ləqəbli Xoakin Quzman ötən ilin iyulunda ABŞ-ın Nyu-York ştatında aparılan iş üzrə ömürlük həbs cəzasına məhkum edilib.

Xatırladaq ki, 2001 və 2015-ci illərdə Meksikada iki yüksək təhlükəsizlik həbsxanasından qaçan Xoakin Quzman sonuncu dəfə 2016-cı ilin yanvarında tutularaq ABŞ-a ekstradisiya edilib.

Günel Məlikzadə