ABŞ-da məxfi sənədləri sızdırmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO
    • 14-04-2023, 00:17
    • 134

ABŞ-da məxfi sənədləri sızdırmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO

ABŞ hüquq-mühafizə orqanları cümə axşamı Pentaqonun məxfi sənədlərini sızdırmaqda şübhəli bilinən Amerika vətəndaşını həbs edib.

News24.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ölkənin ədliyyə naziri - baş prokuror Merrik Qarland təsdiqləyib.

“Bu gün ABŞ Ədliyyə Departamenti milli müdafiə məxfi məlumatlarının icazəsiz çıxarılması, saxlanması və yayılması ilə bağlı aparılan təhqiqatla əlaqədar Cek Duqlas Teyşeranı həbs edib. Onun sözlərinə görə, FTB agentləri günortadan sonra Teyşeranı insidentsiz yaxaladılar.