-
- 26-07-2024, 09:28
- 316
Fabrikdə zəhərlənmə: İşçilər xəstəxanaya yerləşdirildi
İzmirin Torbalı rayonunda fəaliyyət göstərən iki fərqli fabrikdə çalışan 31 işçi zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirildiş
News24.az xəbər verir ki, əldə edilən məlumata görə, özəl qida paylama şirkətindən xidmət alan iki fabrikdə çalışan bəzi fəhlələrin ürəkbulanma və qusma şikayətləri olduğu iddia edilib. Hər iki fabrikdə çalışan cəmi 31 işçi təcili yardım maşınları və öz imkanları ilə Dövlət Xəstəxanasına aparılıb.
Xəstəxanada müalicə alan işçilərdən 22-si müalicələrinin ardından evə buraxılıb, 9 işçinin müalicəsinin davam etdiyi öyrənilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Günel Məlikzadə