Rekord isti: 24 saatda 21 nəfər öldü
    • 26-07-2024, 09:35
    • 339

Rekord isti: 24 saatda 21 nəfər öldü

Mərakeşdəki istilər Beni Mellal şəhərində 24 saat ərzində ən azı 21 nəfərin ölümünə səbəb olub.

News24.az xəbər verir ki, ölkənin meteorologiya departamentinin bildirdiyinə görə, yüksək temperatur bazar ertəsindən çərşənbə gününə kimi Şimali Afrika ölkəsinin böyük hissəsinə təsir edib, bəzi ərazilərdə 48 dərəcə Selsiyə çatıb.

Regional səhiyyə müdirliyindən edilən açıqlamada, Beni Mellalda "ölənlərin çoxunun xroniki xəstəliklərdən əziyyət çəkən insanlar və yaşlılar olduğu, yüksək hərarətin onların sağlamlıq vəziyyətlərinin pisləşməsinə səbəb olduğu" ifadə edilib.

Bəzi yerlərdə temperaturun 37 dərəcəyə yaxınlaşıb. Eyni zamanda, Mərakeş bu qış ardıcıl altıncı quraqlıq və rekord isti ilə üzləşib, yanvar ayı ölkənin 1940-cı ildən bəri ən isti ayı olub.

Su anbarlarının səviyyəsini azaldan temperaturun yüksəlməsi və uzun sürən quraqlıq həyati əhəmiyyət kəsb edən kənd təsərrüfatı sektoru üçün təhlükə yaradır.

Su naziri Nizar Baraka iyunun sonunda verdiyi açıqlamada suyun buxarlanmasının sutkada 1,5 milyon kubmetrə çatdığını bildirib.

Günel Məlikzadə