Rusiyada altı PUA MƏHV EDİLDİ
    • Bu gün, 11:00
    • 58

Rusiyada altı PUA MƏHV EDİLDİ

Ötən gecə hava hücumundan müdafiə sistemləri Rusiyanın iki regionu üzərində altı pilotsuz uçan aparatı məhv edib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Növbəti hava hücumundan müdafiə sistemləri Rostov vilayəti üzərində dörd, Kursk vilayəti üzərində isə iki PUA-nı ələ keçirib və məhv edib”, - nazirlik bildirib.

Qeyd edək ki, cümə axşamı gecəsi hava hücumundan müdafiə ekipajları Belqorod və Kursk vilayətləri, həmçinin Krım və Qara dəniz üzərində Ukraynanın 11 pilotsuz təyyarəsini məhv edib.

Məryəm İlhamqızı