-
- 30-05-2019, 12:28
- 1 704
Firudin Qurbanov: "Cəlilabadda müəllimin döyülməsi olayı yenə təkrarlana bilər"
«Hər bir sahədə olduğu kimi, təhsil sahəsində də müəyyən problemlər var. Cəmiyyəti narahat edən məqamlar şagirdlərin və müəllimlərin psixoloji durumu ilə bağlı problemlərdir».
News24.az-ın xəbərinə görə, bunu təhsil nazirinin müavini Firudin Qurbanov Təhsil Nazirliyinin media nümayəndələri üçün keçirdiyi təlimdə deyib. O bildirib ki, bu kimi məsələlərə həssaslıqla yanaşılır. Nazir müavini məktəblərdə 1 milyon 600 min şagirdin təhsil aldığını və həmin şagirdlərin hər birinin özünəməxsus xarakteri olduğunu deyib:
"Tədqiqatlar da göstərir ki, bir uşağın xarakteri 3-5 yaş arasında formalaşır". Nazir müavini qeyd edib ki, məktəblərdə təlim-tərbiyə işi təkmilləşdirilir, hər hansı təhsil müəssisəsində fövqəladə hal baş verdikdə aidiyyəti orqanlara müraciət olunur: "Təhsil Nazirlitində «Qaynar xətt» yaradılıb. Hər hansı təhsil müəssisəində nə isə baş verirsə lazımi strukturlarla əlaqə saxlayıb, problemi yerində həll etməyə çalışırıq. Məsələn, bu yaxınlarda bir qız uşağı özünü yaşadığı mənzildən atmışdı.
Onun həyatını xilas edə bildik. Qaradağ rayonunda da oğlan uşağı özünü 2-ci mərtəbədən atmışdı. Biz bu məsələlərə həssaslıqla yanaşdıq. Biz Səhiyyə Nazirliyinə müraciət edtdik, müdaxilə etdik, bu uşağı həyata qaytardıq. Cəlilabadda bir müəllim döyüldü. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Lakin bu məsələ bir sıra saytlarda bir qədər başqa formada, etikadan kənar şəkildə təqdim edildi. Bu, cəmiyyətə mənfi təsir edə və təkrarlana bilər. Çox xahiş edirəm ki, bu kimi hallara xüsusi həssaslıqla yanaşılsın"
Afaq Mirayiq