Təyyarədə bomba xəbərdarlığı: Hava limanı boşaldıldı
    • Bu gün, 14:45
    • 70

Təyyarədə bomba xəbərdarlığı: Hava limanı boşaldıldı

Air France aviaşirkəti Parisə uçacaq təyyarələrindən birindən bomba xəbərdarlığı aldığını açıqlayıb.

News24.az xəbər verir ki, Air France təyyarəsinin bomba həyəcanı səbəbindən Mulhouse hava limanında gözlədiyi bildirilib.

Fransa polisi, Fransa və İsveçrənin birgə istifadə etdiyi Bazel-Mülhaus hava limanının bomba təhlükəsi ardınca boşaldıldığını və bağlandığını açıqlayıb.

Günel Məlikzadə